Azərbaycan Şriftləri Admin Azərbaycan dili Türk dili Ingilis dili
 
 
 
 
 
 
Beynəlxalq hüquq
Məlumat
MVS
Linklər
Xəbərlər
Personal
AKTS
Tədris proqramı
Dərs cədvəli
5-ci kurs qiyabi şöbə tələbələrinin bütünləmə tarixləri
Qiyabi semestr sonu imtahan tarixləri
Əyani semestr sonu imtahan tarixləri
Semestr sonu əyani şöbəsi təkrar (bütünləmə) imtahan tarixləri
Buraxılış işini yazma qaydaları
E L A N L A R !!!
Semestr sonu qiyabi şöbəsi təkrar (bütünləmə) imtahan tarixləri

Beynəlxalq Hüquq Bölməsi

Beynəlxalq Hüquq Bölməsi

 

Məqsədi

Dövlətlərarası münasibətlərin və qloballaşmanın inkişaf etdiyi bir şəraitdə sivil dünya ilə inteqrasiya meyli həyati zərurətə çevrilmişdir. Müstəqil Azərbaycanın ümumdünya miqyaslı və regional beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi, digər dövlətlərlə münasibətlərinin artması bu ixtisasın əhəmiyyətini xüsusilə artırır.

  Digər tərəfdən müstəqillik yoluna qədəm qoymuş Azərbaycana dünya birliyi ölkələrinin, beynəlxalq təşkilat və xarici iş adamlarının artan marağı beynəlxalq hüquq normalarını və yerli qanunları dərindən bilən mütəxəssislərə ehtiyac yaradır. Fərdi planda isə müasir insanın ictimai mövqeyində baş verən dəyişikliklər  onun hüquq biliyinə və hüquq təhsilinə tələbatını artırır. Bölmədə bütün bunları nəzərə alaraq, bu ehtiyaclara cavab verəbiləcək mütəxassislər yetiştirilir.

Özəlliyi

   Hüquq elminin müasir beynəlxalq səviyyəyə çatması müasir hüquqşünasın heç olmazsa bir xarici dili mükəmməl şəkildə bilməsini tələb edir. Beynəlxalq həyatda və dövlətlərarası münasibətlərdə xarici dil kimi ingilis dilinin əhəmiyyəti inkar olunmazdır. Bu zərurətdən çıxış edərək fakültədə ingilis dilinin tədrisinə və mənimsənilməsinə lazımı diqqət yetirilir. Bundan başqa  bölmənin tələbələrinə  müasir dövrün tələblərinə  cavab verə biləcək şəkildə kompüterdən istifadə etmək öyrədilir. Ayrıca bölmede mülki hüququn müqayiseli olarak intensiv formada tedris edilmesi de bölmenin ayrı bir xususiyyetidir.

Avantajları

       Bölmə xüsusilə Azərbaycanda yeni inkişaf edən Beynəlxalq hüquq və Mülki hüquq sahələrində  mükəmməl dərs proqramı və zəngin ədəbiyyata malikdır. Bu sahələr üzrə MDB ölkələrindəki  mövcud  ədəbiyyatın əsasən rus dilində olduğunu və kifayət  etmədiyini qeyd etmək lazımdır. Məhz bu ehtiyacı nəzərə alan bölmə rəhbərliyi  qitə Avropası hüququnun  tərkib hissəsi olan və həmin sahələrdə inkişaf etmiş  zəngin biblioqrafiyaya sahib türk hüququna  dair ədəbiyyatla  da  təminat məsələsinə xüsusi diqqət yetirir. Bununla da  bölməmiz Azərbaycan gənclərinin  göstərilən sahələrdə mükəmməl təhsil almalarına  nail olmaqla ölkə hüququnun inkişafına  yardım  etməyə çalışır.

Tədris və təcrübə

 

Bölmədə beynəlxalq hüquq elminin  beynəlxalq müqavilələr hüququ, beynəlxalq təşkilatlar hüququ, beynəlxalq dəniz hüququ, beynəlxalq cinayət və insan haqları hüququ, beynəlxalq ticarət hüququ, diplomatik və konsulluq hüququ kimi mühüm  sahələri xaricdə təhsil almış gənc müəllimlər tərəfindən tədris olunur.

 

İş imkanı

 

Zamanın tələblərini nəzərə alaraq  məzunların istər hüquqi  təşkilatlarda, istərsə də xarici işlər ilə əlaqədar sahələrdə işləmək üçün lazımi biliklərə yiyələnmələri üçün hər cür şərait təmin edilmişdir. Beynəlxalq hüquq bölməsinin məzunları olan tələbələr həm dövlət həm də özəl sektorda istədikləri yerdə sahə ilə əlaqədar iş tapa bilərlər.

 

 
     
     
 
Bütün haqqlar Qafqaz Universiteti tərəfindən qorunur © 2007
 
 
Qafqaz Universiteti bir Çağ Öyrətim İşlətmələri mənsubudur.

Ünvan: Qafqaz Universiteti Bakı-Sumqayıt Şosesi 16-km Xırdalan, Bakı AZ0101 AZƏRBAYCAN Telefon: +994 (12) 4482862-66

Düzgün Seçim Vaxtıdır!

Qafqaz Universitetində təhsil almaq istəyirsinizmi?

The 4th International Conference on Application of Information and Communication Technologies AICT2010


Masters Degree