MENECMENT (BANK İŞİ ÜZRƏ)
BÖLMƏSİ
Bölmə müdir əvəzi : Firudin SULTANOV
Hazırda elm və texnologiyanın hökm sürdüyü və qloballaşmanın bütün dünya ölkələrinə diqtə etdiyi bir dövrdə yaşayırıq. Bu prosesin çox böyük sürətlə hərəkət etdiyi və qabarıq şəkildə nəzərə çarpdığı sahələrin siyahısında maliyyə sahəsi, xüsu-silə də bank sektoru ilk yerdə gəlir. Bütün dünya üzrə rəqabət mühitinin kəskinliyi ilə nəzəri cəlb edən bank sektoru həm dəyişkən mühitə uyğunlaşmaq, həm də kəskin rəqabətə tab gətirmək üçün elmi-texniki tərəqqinin üstünlüklərindən istifadə etmək məcburiyyətindədir.
Universitetin Menecment (Bank işi üzrə) ixtisası qloballaşan dünyada baş verən hadisələri yaxından izləmək və onlara öz münasibətini bildirmək qabiliyyətinə malik, rasional məntiqə əsaslanan, problemlər qarşısında aciz qalmayan və şəraitə uyğun operativ qərarlar verə bilən ixtisaslı kadrlar yetişdirmək üçün açılmışdır. Bölmənin məqsədi yetişdirdiyi mütəxəssislərin nəinki Azərbaycanın, eləcə də dünya-nın beynəlxalq maliyyə qurumlarının tələblərinə cavab vermələrinə nail olmaqdır.
Menecment (Bank işi üzrə) ixtisası üzrə bakalavr təhsili üçün hazırlanmış fənn proqramları müasir dövrün tələblərinə tam cavab verir. Bank işinin əsasları və bankların fəaliyyət formaları, klassik və müasir bank əməliyyatları, müasir bank idarəetməsi, bank və digər maliyyə qurumlarında risklər və onların idarə edilməsi, beynəlxalq bank işinin nəzəri və analitik cəhətləri.
Fakültənin dərs proqramının hazırlanmasında inkişaf etmiş ölkələrin ali mək-təblərinin təcrübəsindən, eləcə də Azərbaycanın digər universitetlərinin maliyyə fa-kültələrinin proqramlarından istifadə edilmişdir. Bölmə məzunlarının yerli, xarici və beynəlxalq maliyyə institutlarında işlə təmin olunması, həmin qurumlarda öz bilik və bacarıqlarını uğurla tətbiq etmələri üçün hər cür şərait yaradır.
Dil hazırlıq kursu da daxil olmaqla Menecment (Bank işi üzrə) ixtisası üzrə təhsilin müddəti 5 ildir. Təhsil prosesi əsnasında tələbələrə bank işinin əsasları və beynəlxalq bank işi fənləri ilə yanaşı, mühasibatlıq, menecment, hüquq, statistika və beynəlxalq iqtisadi münasibətlər də tədris olunacaq. Tədrisin başlıca qayəsi tələ-bələrə ümumi bilik aşılamaqla bərabər, həm də onların təhlil etmə və mühakimə bacarıq-larını inkişaf etdirməkdir. Eyni zamanda, tələbələrə təhsil müddəti boyunca istifadə edəcəkləri Word, Excel və Power Point proqramları mükəmməl şəkildə öyrədiləcək, internet vasitəsilə beynəlxalq şəbəkənin elmi-texniki resurslarından daimi istifadə üçün lazımi şərait yaradılacaq və onlara öz araşdırmalarında yararlana biləcəkləri statistik və ekonometrik təhlil proqramları təqdim olunacaqdır.
Bölmə tələbələrinin dərsdənxaric fəaliyyətlərinə də xüsusi qayğı ilə yanaşır. Onların öz qabiliyyət və bacarıqlarını inkişaf etdirmələri üçün Universitetdə bir sıra dərnəklər fəaliyyət göstərir. Bu dərnəklər tələbələrin sosial fəallığını artırmaqla ya-naşı, gələcəkdə onların işə düzəlmələrində də əhəmiyyətli rol oynayacaqdır.
Universitetin kitabxanası bank işi və maliyyə sahələrinə aid lazımi kitab, elmi jurnal və nəşrlər, araşdırma materialları ilə zəngindir.
Müasir biliklərin mənbəyi olan yeni kitablar, texnoloji yeniliklərlə təchiz olun-muş dərs vəsaitləri və təcrübəli müəllim heyəti ümumən, Univeristetdə və eləcə də böl-mədə həyata keçirilən keyfiyyətli təhsilin başlıca təminatıdır. Eyni zamanda, tələbə-lərlə yaxından məşğul olan, səmimi münasibətlər quraraq onların problem-lərinə yardım etməyə çalışan kuratorluq sistemi də fəaliyyət göstərməkdədir. Universitetdə tətbiq edilən keyfiyyətli tədris proqramı və uğurla həyata keçi-rilən məsləhətləşmə sistemi kompleks şəkildə tələbələrimizə müsbət təsir göstə-rərək, onların gələcəkdə ixtisaslı kadr, savadlı, düzgün, əqidəli insan və ən əsası, Azərbaycan dövlətinə və xalqına layiqli övlad kimi yetişmələrinə şərait yaradır.