Səhiyyə, Mədəniyyət və İdman İdarəsi
Universitetin ictimai fəaliyyətini bilavasitə həyata keçirən bu idarə aşağıdakı vəzifələri yerinə yetirir.
a) Mədəniyyət, incəsənət və idman sahələrində fəaliyyətlər və tədbirlər təşkil etmək;
b) Yataqxana və məişət problemlərinin həllində, asudə vaxtlarının səmərəli təşkilində, işlə təmin olunmalarında tələbələrə lazımi yardım göstərmək;
c) Rəhbərlik və psixoloji məsləhət xidmətləri göstərmək;
d) Xidmət göstərdikləri sahələr haqqında araşdırmalar aparmaq və nəticələrini nəşr etmək;
e) Tələbələrin iş dünyasını yaxından tanımaları üçün məqsədyönlü proqramlar həyata keçirmək. Şirkət və müəssisələrlə görüşərək tələbələrin istehsalat təcrübəsi keçmələrini təmin etmək və məzunların işə yerləşdirilmələrinə köməklik göstərmək;
f) Universitetin digər qurumları ilə yaxın əməkdaşlıq şəraitində bütün bu xidmətlərin görülməsi üçün zəruri olan bufet, yeməkxana, oxu zalları, açıq və qapalı idman qurğuları ilə təchiz olunmuş tələbə yataqxanalarının fəaliyyətini, tələbələrin istifadəsinə verilmək məqsədilə toplantı, kino və teatr salonları, idman salon və sahələrinin icarəyə götürülməsini təmin etmək;
g) Universitet – Ailə əməkdaşlığını həyata keçirmək;
h) Tələbələrin iştirak etdikləri sosial fəaliyyətlərin qeydiyyatını aparmaq;
Yuxarıda sadalanan fəliyyətlər İctimai İşlər idarəsinin şöbələri tərəfindən uğurla həyata keçirilir.