GÖRDÜYÜ İŞLƏR
1. TQDK-nın (Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) təşkil etdiyi imtahan nəticəsində Qafqaz Universitetinə qəbul olmuş tələbələri qeydiyyatdan keçirmək;
2. Universitetə yeni qəbul olmuş tələbələrin lazımi sənədlərini yoxlayaraq Elektron Məlumat Sistemində (EMS) qeydiyyatdan keçirmək. Tələbələrin təhsil aldıqları müddətdə keçdikləri dərslər, dərs təkrarları, imtahan nəticələri və digər lazımi məlumatları da EMS-nə daxil etmək;
3. Tələbələr üçün transkript (imtahan qiymətləri və ümumi ortalama) hazırlamaq;
4. Tələbələrin rəsmi yerlərə verəcəkləri Forma 10 (Hərbi Komissarlıq üçün), Arayış, Müşavirlik Formu ( Xarici tələbələr üçün ) vb. sənədləri hazırlamaq;
5. Tələbə biletlərini hazırlamaq;
6. Diplomları hazırlayaraq məzunlara təqdim etmək;
7. Təqaüd almağa layiq görülmüş tələbələri seçib Rektorluğa bildirmək;
8. Tələbələrin təhsil haqqını ödəmələrinə nəzarət etmək və lazımi məlumatları EMS-nə daxil etmək;
9. Köçürülmə ilə əlaqəli sənəd işlərini təşkili;
10. Tədris olunan dərslərin ad və kreditlərinin təhsil planlarına uyğunluğuna nəzarət etmək.