
Qafqaz və Mərkəzi Asiyanın iqtisadiyyatını, beynəlxalq münasibətlərini, ədəbiyyatını, tarixini, mədəniyyətini araşdırmaq və elmi institutlar və elm adamları arasındakı əməkdaşlığı artırmaq məqsədilə Qafqaz Universiteti və Azərbaycan İqtisadiyyatçılar Birliği tərəfindən 2003-cü ildə “Qloballaşma Prosesində Qafqaz və Mərkəzi Asiya” adlı konfrans keçirilmişdi.
02-05 May 2007-ci ildə ikincisi keçiriləcək “Qloballaşma Prosesində Qafqaz və Mərkəzi Asiya” Konqresində xüsusilə regionun iqtisadi və beynəlxalq əlaqələri müzakirə olunacaq.
Konqresdə iştirak etmək arzusunda olanlar, regionun muasir problemlərini həll etməyə yönəlmiş, nəzəri və metodoloji baxımdan müstəqil elmi məqalənin xülasəsi ən gec olaraq 31 Yanvar 2007-cı ilə qədər tam metinləri isə ən geç 31 Mart 2007-ci ilə gədər konqres katibliyinə electron poçt vasitəsilə göndərilməlidir. Daha sonrakı qiymətləndirmədə yazıları qəbul edilmiş araşdırmacılardan məqalələrinin tam mətni istəniləcəkdir.
Konqresin dili Azərbaycan, Türk, Rus və İngilis dillərində olub, çıxışlar bu dörd dildə ediləcək və konqres zamanı sinxron tərcümədən istifadə olunacaq.
Kongres afişası