Qafqaz Universitetinin Türk Dili və Ədəbiyyatı Bölməsi ilə Atatürk Universitetinin Türk Dili və Ədəbiyyatı və Müasir Türk Ləhcələri Bölmələri arasında 18 yanvar 2010 tarixində imzalanan əməkdaşlıq protokoluna əsasən universitetimizin “Journal of Qafqaz” toplusunun 2010 payız nömrəsinin “Azərbaycan-Türkiyə Ədəbi Əlaqələri” adı altında xüsusi buraxılış şəklində çap edilməsi nəzərdə tutulmuşdur. Sizi bir məqalə ilə bu xüsusi buraxılışda iştirak etməyə dəvət edirik. Bu xüsusi buraxılışın məqsədi iki qardaş ölkə arasındakı ədəbi əlaqələri sənədləşdirmək və bu münasibətlərin inkişafını təmin etməkdir.
Tövsiyə üçün aşağıdakı mövzu başlıqlarını sizə təqdim edirik:
• Yazıçı və şairlərin dili ilə Türkiyə və Azərbaycan
• Mətbuat və yayımda Türkiyə-Azərbaycan
• Dövlət adamlarının gözü ilə Türkiyə və Azərbaycan
• Təhsil-tədris fəaliyyətləri
• Türkiyədəki Azərbaycan mühacir ədəbiyyatı
• Türkiyə və Azərbaycanın çətin günlərinin ədəbiyyatda əks olunması (Çanaqqala, Qurtuluş Savaşı, Xocalı, 20 Yanvar… vb)
• İki ölkə ziyalılarının bir-birindən təsirlənmələri / istifadələri
• İxtisasla əlaqəli məqalələr (biblioqrafya)
• Tarixdə Türkiyə-Azərbaycan
• Mahnılarımızla, nəğmələrimizlə Türkiyə və Azərbaycan
• Sovet dövründə Türkiyə sevgisi ilə damğalanaraq edam edilənlər
• Sovet dövründə Türkiyədə sığınacaq tapan ziyalılar
• Ədəbi əsərlərin tərcüməsi və bu sahədə ortaya çıxan problemlər
Qeyd 1: Arzu edən yuxarıda göstərilmiş başlıqlara əlavə olaraq mövzu ilə əlaqədar məqalə hazırlaya bilər.
Qeyd 2: Hazırlanacaq mövzular əvvəlcədən bildirilərsə, mövzu təkrarının qarşısı alınmış olar.
Qeyd 3: İmla qaydaları üçün aşağıdakı linkə basın. http://www.qafqaz.edu.az/index.php?z=852&inf_id=607&dil=tr Qeyd 4:
İştirak pulsuzdur.
İştirak etmək istəyirsinizsə, 28 May 2010-cu il tarixində, Cümə gününə qədər məqalə başlığınızı və məqalənin xülasəsini e-poçt ilə bizə çatdırmağınızı xahiş edirik.
Sizin məqalələrinizi jurnalımızın səhifələrində görmək arzusu ilə hörmətlərimizi bildiririk.
Məqalə göndərmək üçün son tarix: 17 Sentyabr 2010 Əlaqə ünvanı: qafqazozelsayi1@qafqaz.edu.az